Atlanta polis rəisi istefa verib

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Atlantada (ABŞ) polis zabitləri qaradərili Reyşard Bruksu (Rayshard Brooks) güllələyəndən sonra polis rəisi Erika Şilds istefa verib. Bələdiyyə sədri Keisha Lance Bottoms bildirib ki, hadisə zamanı silah tətbiq etmək zərurəti olmayıb. Hadisədən 24 saat sonra rəis istefa ərizəsi yazıb. O öz istefasını çalışdığı şəhərə sevgisi ilə əlaqələndirib.
Xatırladaq ki, hadisənin baş verdiyi restoran etirazçılar tərəfindən yandırılıb. Bruksun qətli Floydun qətlindən sonra ölkəni bürümüş etiraz aksiyalarına yeni nəfəs verib. Artıq Vaşinqtonun da Sietl kimi aksiyaçılar tərəfindən nəzarətə götürülməsi gündəmdədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir