Azadlıqdan dəm vuran ABŞ, ölkələri hasarlamaqla məşğuldur!

BUSP-az.com Reuters-ə istinadən xəbər verir: Meksika prezidenti Andres Manuel Lopes Obrador Ağ Evi Kubaya qarşı sanksiyaları ləğv etməyə çağırıb. Vaşinqton uzun illərdir Amerika məhsullarının Kubaya satılmasına qadağa  qoyub. ABŞ sanksiyaların aradan qaldırılması üçün Kubada “demokratikləşmə” prosesinin zəruri olduğunu bildirib.

ABŞ demokratiya və insan haqlarının müdafiəsi adı altında onun siyasətinə tabe olmayan ölkələri cəzalandırır. Bir ölkəni hasarlamaq özü demokratiyaya qarşı ən çirkin addımdır. Meksika prezidenti deyib: İlk iş Kubanın blokadasının aradan qaldırılmasıdır, bunu əksər dünya ölkələri tələb edir. ABŞ-ın bu addımı humanitar jest olardı. Dünyada heç bir ölkə hasarlanmamalıdır…

Xatırladaq ki, 11 iyulda Kubada ölkədəki ağır iqtisadi duruma etiraz olaraq aksiyalar keçirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir