Bloomberg Trampın anti-media müharibəsinə qarşı

BUSP-az.com RG.ru-ya istinadən xəbər verir: Amerikanın qalmaqallı prezidenti Donald Tramp hakimiyyətə gəldiyi gündən ABŞ mətbuatına, informasiya şəbəkələrinə qarşı müharibə açıb. Bu dəfə mediamaqnat Bloomberg Trampla baş-başa gəlib. Qarşıdurma sosial şəbəkədə geniş müzakirə olunub. Bloomberg-in təsisçisi, Nyu-Yorkun sabiq meri Maykl Blumberq ABŞ prezidenti ilə polemika aparıb. Blumberq həm də demokratların prezidentliyə namizədlərindəndir. Tramp Blumberqi Twitter-də maymaq adlandırıb. O da Trampa borclu qalmayıb, ona küçə təlxəyi deyib. Media iki varlı şəxs arasında söz davasını geniş işıqlandırıb. Media mənsubları Trampdan acıq çıxırmış kimi Blumberqin tvitinə geniş yer verib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir