Bred Pitt Amerikada anti-imperialist aksiyalarda

Busp-az.com DailyMail.com-a istinadən xəbər verir: Hollivid ulduzu Bred Pitt bazar günü Hollivudda Corc Floydun qətli ilə əlaqədar böyük bir etiraz nümayişinə qatılıb. DailyMail.com-un əldə etdiyi eksklüziv fotoşəkildə Oskar mükafatçısı Los Anceles küçələrinə axışmış 50.000 aksiyaçı ilə birlikdədir. Pitt nadir BMW motosikleti ilə diqqəti cəlb edib.
56 yaşlı Hollivud ulduzunun əynində yaxasına Corc Floyd yazılmış köynək olub.
Məşhur kino ulduzunun aksiyalara qatılması hadisənin əhatə dairəsinin geniş olduğunu göstərir. ABŞ-ın faciəli durumu, bu ölkədə ibtidai insan haqlarına riayət olunmaması artıq Pitt kimi təminatlı insanları da narazı salıb. Xatırladaq ki, mayın 28-də ABŞ polisi qaradərili Corc Floydu vəhşicəsinə qətlə yetirib və həmin gündən Amerika xalqı etiraz aksiyası keçirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir