Bütün Amerikada su ehtiyatları çirklənib

BUSP AmericaRu-ya istinadən xəbər verir: Amerikada içməli su ehtiyatları kimyəvi maddələrlə çirklənib və ekoloqlar düşünür ki, su ehtiyatlarını əvvəlki vəziyyətinə qaytarmaq qeyri-mümkündür. Daha çox Mayami, Filadelfiya və Yeni Orlianda çirklənmə qeydə alınıb. Ekologiyanı zəhərləyən və davamlılığı ilə seçilən kimyəvi maddələr PFAS adı ilə tanınır. Bu maddələr xərçəng xəstəliyi törədir, qaraciyəri zədələyir, natamam doğuşa səbəb olur. EWG ekologiya qrupu bildirir ki, ABŞ dövlətinin istinadən etdiyi hesabat reallıqdan çox uzaqdır. EWG bildirir ki, ABŞ dövlətinin istinad etdiyi ekologiya agentliyinin hesabatında göstərilən rəqəmlər yanlışdır. Əslində 110 milyon nəfər yox, bütün amerikalılar çirklənmiş su içir. Belə görünür ki, yüksək texnologiyaları yaratmaqdan daha çətini bu texnologiyaların ekologiyaya vurduğu zərərin qarşısını almaqdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir