Canlı bağlantıda əxlaqsızlıq!

BUSP-az.com Ria.ru-ya istinadən xəbər verir: The New Yorker məşhur əməkdaşı Ceffri Tubini görünməmiş bir insidentlə bağlı işdən uzalqaşdırır. Tubin Zoom-la zəng zamanı kameranın bağlı olduğunu düşünüb və videokonfrans iştirakçılarının gözü qarşısında onanizmlə məşğul olub. Ceffri Tubin (Jeffrey Toobin) New Yorker jurnalının nüfuzlu müəlliflərindən olub. Ona görə olub demirik ki, jurnal onu işdən çıxarıb. Tubin bu iyrənc hərəkəti ilə artıq tarixə düşüb və çətin ki, ciddi bir nəşriyyat ona iş versin. Tubin biləndə ki, kamera açıq olub dərin stres keçirib və öz işini “çox axmaq səhv ” adlandırıb. Jurnalist şəbəkələrdə yayılmış görüntüsünə görə ailəsi, dostları, həmkarlarından üzr istəyib. Təbii ki, bu üzrxahlıq Tubinin karyerasını qorumaq gücündə deyil. Bəli, insan Tubin kimi özünü nəzarətsiz buraxanda 25 il çalışdığı müəssisə ilə vidalaşmalı olur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir