Çikaqoda təkcə oktyabrda 600 nəfər güllələnib!

BUSP-az.com NBCnews-a istinadən xəbər verir: Çikaqoda hamilə qadın güllələnib. Çikaqo polisi xəbər verir ki, Steysi Cons (Stacey Jones) güllələnən anda uşağı dünyaya gəlib. Amma uşaq cəmi 4 gün yaşayıb. 35 yaşlı qadın evinin yanında arxadan iki güllə yarası alıb və dərhal keçinib. Hadisə baş verən zaman qadının iki başqa uşağı evdə olub və onlar zərər çəkməyiblər.

Çikaqoda güllələnmə sayı dünyanı vahiməyə salır. Şəhərin polis departamenti xəbər verir ki, təkcə bu ay artıq 600 güllələnmə hadisəsi baş verib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir