Çin ABŞ bazasını vurdu?

BUSP-az.com Sputnik-ə istinadən xəbər verir: Çin Milli Azadlıq Ordusunun Hərbi-hava qüvvələrinin yaydığı video Ağ Evi vahiməyə salıb, dünyanı qarışdırıb. Videoda Çinin nüvə başlığı ilə təchiz olunmuş H-6 bombardmançı təyyarələri havaya qalxır, Quam adasındakı ABŞ bazasına hava hücumu baş verir! Bəli, bu video sadə bir immitasiya imiş. Amma çinlilər amerikalıları gerçəkdən vahiməyə salıb. Video barədə ilk xəbəri Reuters yayıb. Weibo-da yerləşdirilən video Tayvan yaxınlığında hərbi manevr zamanı çəkilib. Videoda pilot ABŞ-ın Andersen bazasına çox bənzəyən bir hədəfə atəş açır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir