Coca-Cola klassikdən kalorisizə qədər

BUSP EconomicTimes-a istinadən xəbər verir: Coca-Colanın meydana çıxmasından 21 il qabaq, polkovnik Con Pemberton ABŞ-da vətəndaş müharibəsində yaralanmışdı. Pemberton ömrünün axırına qədər yaraların ağrısını yaşayırdı. O üç dostu ilə “Pemberton Əczaçılıq Kompaniyası”nı yaratdı. Ehtiyatda olan polkovnikin ixtiralarından biri enerji verən və miqren ağrısını aradan qaldıran şirin sirop idi. 1886-cı il 8 mayda Atlantanın mərkəzində Jacob Pharmacy apteki ilk içkini 5 sentə satdı. Kompaniyanın mühasibi Frenk Robinson siropa yeni ad və loqotip hazırladı. O zaman aptek gündə cəmi 9 stəkan siroplu su satırdı. Pemberton ömrünün sonuna qədər bu siropun tərkibini sirr saxladı. Yalnız ömrünün sonunda bu içkinin formulunu 2 min dollara satmağa məcbur oldu. Coca-Colanın sahiblərindən biri Aza Kendler bu içkini butulkalara doldurub satmaq hüququnu Bencamin Tomas və Cozef Uaytxedə satdı. Coca-Colanı hətta qaranlıqda butulkasından tanımaq olardı. Satışı artırmaq üçün şirkətin yeni prezidenti Robert Vudraff Coca-Colanı 6 ədədlik bağlamalarda (qutularda) xaricə göndərirdi. 1920-ci ildə Coca-Cola Fransanı fəth etməyə başladı. 1928-ci ildə Amsterdamda Olimpiya oyunlarında Coca-Cola şöhrət qazandı. Kompaniya 50 il sonra FİFA və UEFA ilə rəsmi əməkdaşlıq edirdi. 1960-cı ildə Coca-Colanı ordu üçün bankalarda istehsal etməyə başladılar. 1988-ci ildə Coca-Cola dünyanın ən məşhur ticarət nişanı sayıldı. Artıq bu Coca-Colalar aşağı kalorili idi, onun tərkibində şəkər əvəzinə aspartam istifadə olunurdu.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir