Coca-Cola, kokain və aspartam….

BUSP Roi.ru saytına istinadən bildirir: Amerikanın “The Coco-Cola Company” korporasiyası Coca-Cola, Fanta, Sprite, Schweppes, Bonaqua və başqa adlarda içkilər istehsal edir. Hələ 1886-cı ildə koka (kokain) yarpağı və tropik kola qozalarından sirop hazırlanırdı. Həmin dövrdə kokain apteklərdə yorğunluq və stresə qarşı vasitə kimi satılırdı. Elə o zaman apteklər müştərilərə Coca-cola təklif etməyə başladı. Onu bir dəfə dadanlar adət edirdi. Yeni brendi məşhurlaşdıran məhz bu keyfiyyət olub. Kokain qadağan ediləndən sonra Coca-Cola şirkəti onu kofeinlə əvəz etdi. Əslində bu içkiyə dad verən kokain ya kofeinin sodalı, qazlı su ilə qatışdırılmasıdır. Coca-Colanın tərkibini su, kofein, şəkər, limon essensiyası, qərənfil yağı, metil spirti, vanil, karamel, dioksid karbon, E950 əlavəsi və ən qalmaqallı maddə aspartam (E951) təşkil edir.
Coca-Colanın tərkibində aspartam ən təhlükəli maddə sayılır. Aspartam 25 dərəcədən yuxarı qızdıqda metanol, fenilalanin və formaldeqid kimi ölüm təhlükəsi yaradan maddələrə çevrilir.
Coca-Cola dişləri dağıdır, piylənməni gücləndirir, ürək-damar xəstəlikləri yaradır, sonsuzluğa səbəb olur. Bu içki depressiya yaradır, dəri xəstəliklərinə səbəb olur. Coca-Colanın tərkibindəki metilimidazol xərçəng xəstəliyinə səbəb olur. Coca-Cola şəkərli diabet və mədə yarası xəstəliklərinə də səbəb olur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir