Coca-Colanı zəhər deyil kimi içirlər!

BUSP-az.com Zen.Yandex-ə istinadən xəbər verir: Coca-Colanı daha çox uşaqlar içir. Buzla dolu şəffaf stəkanın cazibəsi müştərilərə bu suyun zərərini unutdurur. Coca-Cola dünyada ən çox reklam olunan içkidir. Hansı ki onun insan orqanizminə zərəri inkaredilməzdir. İnqredientlərlə zəngin Coca-Cola böyrək daşı yaradır, sümükləri deformasiya edir, əzələ qatında zəiflik yaradır, mədəaltı vəzi xərçənginin əsas səbəblərindəndir, diabet və piylənmə səbəbidir, qastrit riskini gücləndirir, mədə yarası törədir, onikibarmaq bağırsaq xorası yaradır, ağ ciyər xərçənginin inkişafını gücləndirir və s. Maraqlıdır ki, Coca-Cola ardıcıl şəkildə istifadə edildikdə kişi və qadın sonsuzluğuna səbəb olsa da, insanlar bu içkidən imtina etmir. Coca-Colanın tərkibində şəkər boyası E150, fosfor turşusu E338, karmazin E122, fenilalanin, kafein var. Coca-Colanın tərkibindəki digər elementlər gizli saxlanılır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir