Coca-Colanın yarıtmaz marketinqi

BUSP AiF-ə istinadən xəbər verir: Coca-Colanın dünya ölkələrini əsarət altına almasının əsas səbəbi digər istehsalçılara rəqabət şəraiti yaradılmaması olub. Əksinə, Coca-Cola bir ölkəyə daxil olmazdan qabaq bazarda bu brend üçün meydan açılıb. Əslində Coca-Colanın marketinq fəaliyyətində (bazarın, istehlakçının, müştərinin, alıcının istəyini müəyyənləşdirib təmin etmək) çox rüsvayçı məqamlar var.  Yeni Zelandiyada baş vermiş hadisədən bir-neçə ay ötsə də, bu hadisə yaddan çıxmır. Coca-Cola vendinq-satış aparatı üzərində KİA ORA, MATE yazıb. “KİA ORA” maori, “MATE” isə ingilis dilindən tərcümə edildikdə cümlənin mənası SALAM, DOST deməkdir. Amma MATE sözü maori dilində ÖLÜM mənasını bildirir. Beləcə, əhali Coca-Colanın yazısını SALAM, ÖLÜM kimi oxuyub. Bu şəkil dünyada yayılandan sonra sosial şəbəkə istifadəçiləri yazıb ki, nəhayət, Coca-Cola həqiqəti dedi!! Dünyanın əksər ölkəsində Coca-Coladan zəhərlənmə, ölüm halları qeydə alınıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir