COVİD-19: ABŞ-ın məşhur Pfizer vaksininin fəsadları

BUSP-az.com “NewYorkTimes”-a istinadən xəbər verir: Amerikanın Pfizer vaksininin ilk fəsadları ortaya çıxıb. Alyaskada vaksin vurulmuş iki tibb işçisinin səhhətində problem yaranıb. Həkimlər yaranmış problemləri ciddi allergiya kimi dəyərləndirib. Almaniyanın BioNTech şirkəti ilə ABŞ-ın Pfizer şirkəti tərəfindən hazırlanmış vaksinə orqanizmin reaksiyası mütəxəssislərdə tərəddüd yaradıb. Vaksini qəbul etmiş orta yaşlı qadın əvvəllər allergiyadan əziyyət çəkməyib. Vaksin vurulandan cəmi 10 dəqiqə sonra onun bədənində səpkilər yaranıb, nəfəs daralması baş verib, nəbzi yüksəlib. Adrenalin və steroidlərdən sonra vəziyyət normallaşıb. Vaksin vurulan ikinci pasientdə başgicəllənmə, nəfəs problemi yaranıb. Adrenalin, pepsidom və benadrilom orta yaşlı kişinin vəziyyətini normallaşdırıb. Artıq allergiyası olanlara vaksin vurulması qadağan edilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir