COVİD-19: Nyu-Yorkda aparata qoşulanlar ölür!

BUSP AmericaRu-ya istinadən xəbər verir: Nyu-Yorkda süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin 88 faizi ölür. Bu aparatların işi köməksiz nəfəs ala bilməyənlərin ciyərlərini oksigenlə təmin etməkdir. Northwell Health mərkəzinin mütəxəssisi Safiya Richardson deyib ki, virusa yoluxanların 12 faizi bu aparatlara ehtiyaclıdır. Amma nəticələr ümidverici deyil. Başqa ölkələrdən fərqli olaraq Amerikada aparata qoşulanların əksəri həyatını itirir. Aydın olur ki, hələ də COVİD-19 virusunun gizli xüsusiyyətləri qeydə alınmış xüsusiyyətlərindən çoxdur. COVİD-19-un sürprizləri davam edir. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı insanları ciddi şəkildə qorunmağa, zərurət yaranmasa evdə qalmağa çağırır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir