COVİD-19: Tramp vaksini xalqdan gizlədir?

BUSP AmericaRu-ya istinadən xəbər verir: Amerikada belə bir ictimai fikir formalaşıb ki, koronavirusa qarşı vaksin tapılıb, amma məxfi saxlanılır. Los-Ancelesdə Kaliforniya universitetində aparılan sorğuda iştirak edənlərin 50 faizi koronavirusa qarşı effektiv dərman və vaksin tapıldığını düşünür. 29 faiz vaksinin, 32 faiz isə dərmanın tapıldığına inanır. Belə fikiri formalaşdıran hökumət və biznesə inamın olmamasıdır.
Sorğuya qatılan amerikalıların 44 faizi bildirir ki, virus laboratoriyada hazırlanıb. Virus məsələsinin siyasi məqsədlərlə şişirdilməsinə inananlar 35 faiz təşkil edir.
Bu ictimai fikrin arxasında tanınmış virusoloqların mediada səslənən müsahibələri dayanır. Virusun planetdə qeyri-təbii istiqamətlərdə yayılması şübhə yaradan əsas faktorlardandır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir