COVİD-19 virusunda ABŞ izi

İlk sual budur ki, COVİD-19 virusu, başqa sözlə koronavirus süni mənşəlidir, yoxsa təbii? Bu virus laboratoriyada hazırlanıb, yoxsa təbiətin məhsuludur? Virusun Çində və İranda, həm də İranın Qum şəhərində peyda olması şübhələrə səbəb olub. Hər iki ölkə Amerikanın aşkar düşmən elan etdiyi ölkədir və Vaşinqtonun regionda yüzlərlə bioloji silah təyinatlı laboratoriyası mövcuddur. Çinin virus yayılan Uhan şəhərində biomüharibə proqramı ilə əlaqəli iki laboratoriyası var. Bu laboratoriyalardan sızma ola bilər.

Və son ehtimal: Havada uçuşan yarasaların nəcisi meşə torpağına düşüb. Mümkündür ki, qarışqayeyən – panqolin xəzəllərin arasında həşərat axtararkən nəcisə toxunmaqla infeksiyaya yoluxub. Virus heyvandan insana keçib. Londonda zoologiya cəmiyyətinin professoru Andrew Cunningham deyir ki, dünyada virus daşıyıcısı olan bir çox heyvan var. Orqanizmində koronaviruslar olan yarasa onlardan biridir. Araşdırmaçılar insan orqanizmindən götürülmüş COVİD-19 koronavirusunun genetik kodunu tapandan sonra yarasalarla bağlı şübhələr artdı. Bütün kontinentlərdə yaşayan bu canlılar böyük sürülərlə və uzaq məsafələrə uçurlar. Panqolin pulcuqlarından ənənəvi Çin təbabətində istifadə olunur, həm də ətini delikates sayırlar. Çin alimləri panqolinlərin orqanizmində koronavirusun oxşarını tapıblar. Gen mutasiyası baş verə bilər. Panqolinləri və yarasaları çox vaxt açıq bazarlarda satırlar. Əldə edilən göstəricilərə görə, dəvələr də koronavirus daşıyıcısı ola bilər.
Qayıdırıq virusun ABŞ-ın mətbəxindən çıxması ehtimalına. Əvvəla Çin rəhbərliyi ABŞ-ı virus yaymaqda ittiham edib. BMT-nin bioloji və kimyəvi silahlar üzrə komissiyasının üzvü, hərbi ekspert İqor Nikulin Global Research araşdırma mərkəzinin kanadalı şərhçisi Lerri Romanoff-un açıqlamasına şərik olduğunu bildirib. Romanoff hesab edir ki, koronavirus ABŞ laboratoriyasında hazırlanıb. Virusun hansı yolla Çinə ötürülməsi ayrıca araşdırma mövzusudur. Almaniyanın sabiq müdafiə nazirinin müavini Villi Vimmer rəsmi açıqlama verib ki, ABŞ 2015-ci ildə bu virusu patentləşdirib. Virusun təsadüfən yaranması ehtimalı tam yanlışdır. Təbiətdə belə bir kombinasiya yarana bilməzdi. Koronavirus iki fərqli virusdan yaradılıb. Kombinasiya istiqanlı yarasaların və sürünən, soyuqqanlı ilanların virusunun hibrididir. Belə iki virus bir orqanizmdə yaşaya bilməz. Virusun insan hüceyrəsinə daxil ola bilməsi üçün yol açılmalıdır. Bu yol laboratoriya şəraitində yaradılıb.

Çinlilər min illərdir yarasa yeyir və heç vaxt virusa yoluxma qeydə alınmayıb. Uhandakı yarasa bazarı Çinin əksər şəhərlərində var. Virus Çində yaransaydı, Uhan laboratoriyasından sızsaydı qısa müddətdə izinə düşülərdi. Hansı ki Çin virusoloqları bir ay müddətində nə baş verdiyindən baş açmayıb.

Nikulin dəlillərə istinadən bildirir ki, koronavirus 5 il qabaq amerikalı virusoloqlar tərəfindən yaradılıb. Virusun Pentaqonun gizli laboratoriyasında, Yolter Rid və Forte Detrikin məxfi hərbi elmi-araşdırmalar institutunda yaradıldığı deyilir. 2015-ci ildə Nature jurnalında bu barədə məqalə çap olunub. Məqaləyə görə, Detrikin eksperimentində təsdiqlənib ki, Çin yarasasındakı koronavirusun modifikasiyası birbaşa insan hüceyrəsinə daxil ola bilər. Məqalədə vurğulanır ki, mütəxəssislər bu eksperimentləri olduqca təhlükəli sayır.
Siyasi Mütaliələr İnstitutunun direktoru Sergey Markov bildirir ki, çinlilər Uhanda ABŞ-ın sabiq konsulluğu ərazisində üstünə “Baktereoloji təhlükəli” yazılmış boş bankalar tapıb. Bu qablar virusun Uhanda məhz ABŞ tərəfindən yayılması ilə bağlı şübhələri gücləndirir.
Digər tərəfdən ötən il oktyabrın sonlarında Uhanda hərbçilər arasında beynəlxalq multimüsabiqə keçirilib və müsabiqədə 200 ABŞ hərbçisi iştirak edib. İlk yoluxma 17 noyabrda qeydə alınıb. Oktyabrın sonundan noyabrın ortalarına qədər müddət virusun inkubasiya müddətinə uyğun gəlir.

Nikulin deyir: Amerikalılar virusu bir ölkə üçün modifikasiya edə bilərdilər. Amma belə ediblərsə də, sonradan virus yeni xüsusiyyətlər büruzə verib. QİÇS (Spid) də yaradılanda afroamerikalılar üçün nəzərdə tutulmuşdu. Amma virus qısa vaxtda ağlara da sirayət etdi.
Əgər virusun laboratoriya şəraitində yaradılması versiyasını kənara qoysaq, qeyd etmək yerinə düşər ki, son illər böyük hay-küyə səbəb olmuş virusların çoxu bizə heyvanlardan keçib: Ebola”, VİÇ, SARS, o cümlədən COVİD-19!

Məqalədə TsarGrad.tv, riafan.ru saytlarının materiallarından istifadə edilib

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir