Crypto AG Pentaqon üçün casusluq edib

BUSP RadioSputnik-ə istinadən xəbər verir: Dünya siyasi sirləri WikiLeaks-dan eşitməyə adət etsə də bu dəfə Assanc gecikib. İsveçrənin məşhur Crypto AG şirkəti ABŞ MKİ-nin sifarişi ilə 120 ölkəyə satdığı qurğular vasitəsi ilə casusluq fəaliyyəti göstərib. ABŞ kəşfiyyat idarəsinin Crypto AG şirkətində payı olması daha rüsvayçı hadisədir. Crypto AG-ın şifrə oxuyan qurğularını həvəslə alan 120 ölkə bu qurğular vasitəsi ilə sirlərini Vaşinqtona təqdim edib. Almaniya kəşfiyyatı da bu işdə ABŞ kəşfiyyatı ilə həmkarlıq edib. İran, Hindistan, Pakistan, Latın Amerikası ölkələri, hətta Vatikan bu layihənin əsas hədəflərindən olub. Crypto AG öz xidməti müqabilində Almaniya və ABŞ-dan milyonlarla dollar pul alıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir