Disney irqçilikdə ittihamdan geri çəkildi

BUSP-az.com Cnet.com-a istinadən xəbər verir: Uolt Disneyin kompaniyası bahalı layihələrdə maliyyə çətinliyi çəkdiyi zaman müharibə Disneyə böyük qazanc gətirib.

ABŞ hökumətinin təşviqat işlərinə, tədris filmlərinə ehtiyac duyduğu vaxt Disney studiyası meydana çıxdı. “Havada güc yolu ilə qələbə” cizgi filiminə görə ABŞ Hərbi Hava Qüvvələri raket sürətləndiricisi ilə bombasını “Disney bombası” adlandırdı. Disneyin qəhrəmanı düşməni məhv edir, amerikalıları vergini vaxtında ödəməklə müharibəyə kömək etməyə çağırırdı. Amma Disneyin “Cənub Mahnısı” filmi 1946-cı ildə irqi zəmində qalmaqal yaratdı. “Rimus əminin nağılları” filmində qaradərili amerikalıların aşağılanması ciddi etiraz yaratdı. Disney bu filmə görə Oskarla bərabər quldarlığın tərəfdarı imicini qazandı.

Amerikada irqçiliyə qarşı son etiraz hərəkatında Disney hədəfə çevrilməmək üçün öz parklarındakı attraksionlarda reklamları dəyişdi. Floridada Disney World Resort və Kaliforniyada Disneyland parklarında islahat işləri aparılır. Splash Mountain attraksionunda su dağ 1946-cı ildəki “Cənub mahnısından” götürülmüşdü. Hazırda kompaniya 2009-cu il “Şahzadə qız və qurbağa” filmini əsas götürür. Bu filmdə baş qəhrəman qaradərili Tianadır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir