Disneylə McDonalds-ı bir-birindən nə ayırdı?

BUSP Lenta.ru-ya istinadən xəbər verir: Böyük brendlər hətta profilləri fərqli olduğu zaman bir-birlərinə qarşı qısqanc münasibət nümayiş etdirir. Belə brendləri yalnız müştərək mənafelər yaxınlaşdıra bilər. Vaxtı ilə Disney-lə McDonalds yaxın həmkarlıq münasibətində idi. Los Angeles Times yazır ki, bir zaman Disney studiyası McDonalds-a ildə 100 milyon dollar pul ödəyirdi. Çünki iki brend arasında razılaşmaya əsasən McDonalds Disney-in personajlarını reklam edirdi. Sonradan məlum oldu ki, Disney müəyyən məqamlarda ABŞ-da uşaq piylənməsinin əsas səbəblərindən olan FastFood-a qarşı mənfi münasibət sərgiləyir. McDonalds-ın işində FastFood əsas menyulardan olduğu üçün şirkət Disney-lə əməkdaşlığa xitam verdi. Hazırda Amerikada 6 yaşdan 11-yaşadək uşaqların 20 faizindən çoxu artıq çəki problemi yaşayır. Ölkədə FastFood-a qarşı aktiv ictimai kampaniya aparılır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir