Dolların süqutu uzaqda deyil!

Dollar süqut edir? Bu yaxşıdır, yoxsa pis? Təbii ki, dünyanın beynəlxalq valyutaya ehtiyacı var. Amma elə bir valyuta ki, dünyaya siyasi ambisiyalar diktə etməsin. Hazırda ABŞ dolların kölgəsində dünya iqtisadiyyatı ilə oynayır. İstədiyi ölkəyə sanksiya tətbiq edir, öz siyasi maraqlarını qəbul edir. Elə buna görə də dünya ölkələri dolların hakimiyyətinə son qoymaqda maraqlıdır.
Morgan Stanley Asia-nın sabiq şefi Stiven Rouç hesab edir ki, dollar əsri başa çatmaqdadır. Rouçun nəzərincə 2021-ci ildə dollar üçdə bir ucuzlaşacaq. Bu proses dünya əhalisinin pul ehtiyatının azalması və ABŞ-ın dövlət borcunun artması fonunda baş verəcək.
Rouç deyir: Valyuta daxili iqtisadiyyatla onun xaricdə gücü arasında tarazlıq yaradır. Amerikada bu balans sürətlə dəyişməkdədir. Yaxın bir vaxtda dolların süqutuna şahid ola bilərik…

Cari ildə yanvar ayından aprelədək dolların indeksi 7% yüksəlib.
ABŞ Dollar İndeksi ABŞ dollarının (USD) əcnəbi valyutalar səbətinə olan nisbətidir. Dollar indeksi 1973-cü ilin mart ayından bəri hesablanır. USDX indeksinin baza qiyməti kimi 100,00 səviyyəsi qəbul olunub. Nümunə üçün əgər indeks 107,50 göstərərsə, bu o deməkdir ki, dolların dəyəri baza qiyməti ilə müqayisədə 7,5% bahalaşıb.
Beynəlxalq Hesablaşma Bankının (BİS) hesabatına görə ABŞ-ın əsas partnyorları Çin, Avropa İttifaqı, Meksika, Kanada və Yaponiyadır. Bu ölkələrdə dolların qiyməti dolların dünya bazarında kursunu 72% təyin edir. Dollar o zaman ucuzlaşır ki, bu beynəlxalq valyutaya rəqiblər peyda olur. Hazırda Avropa və Çin puluna ümidlər dolların 35% ucuzlaşması proqnozunu yaradır.
Çinin daxili istehlaka tənzimlənməsi yuanı gücləndirir. ABŞ-la ticarət müharibəsi davam edən şəraitdə də yuan güclənir.
İqtisadi aktivlik və neftin qiyməti fonunda Kanada və Meksikanın valyutası möhkəmlənir. Yuan bahalaşmasa da o biri rəqib valyutalar dollara güclü zərbə vura bilər.
ABŞ nəyə ümid edə bilər? Çox vaxt rəqibin hər hansı səbəbdən süqutu ümid yeri olur. Vaşinqton da rəqib ölkələrdə daxili böhrana ümid edə bilər. Hazırda bütün dünya ölkələri dərin böhran təhlükəsi ilə üzbəüzdür.
Almaniya iqtisadiyyatı rekord templə zəifləyir. Çin pandemiya dövründə 10% ÜDM (Ümumi Daxili Məhsul) itirib. Bu itkini ödəməyə bir neçə il lazımdır.
Dollara qarşı bitkoinə ümidlər də əsassızdır. Əksər ekspertlər bitkoinə ciddi yanaşmır və belə bir yanaşmanın tez olduğunu düşünür.
ABŞ iqtisadiyyatı ciddi öhdəçiliklərlə üzbəüzdür. Antikrizis ödəmələrinə ümid etmək gecdir. 1 oktyabrdan tələbə krediti və ipoteka öhdəçilikləri icra edilməlidir.
2008-ci ildə ABŞ tarixində ilk dəfə daxili yatırımlar – milli gəlir 1,8% azalıb. 2021-ci ildə bu rəqəm 10%-ə çata bilər.
Başqa əsas problem büdcə çatışmazlığıdır. Ötən il büdcə çatışmazlığı 26 trln dollara çatıb. 26 trln borcu olan ölkənin pulu ilə portfeli doldurmaq ağılsızlıq sayılır. Dollar o qədər risklidir ki, bir hissəsini hətta kriptovalyutaya da çevirmək olar. Bəli, bitkoin etibarsızdır. Bu pula daha çox ciddi sanksiya altında olan ölkələr üz tutur. Bitkoinə nəfəs verən iqtisadi müharibələrdir. Dünyada sabitlik olsa, kriptovalyuta çətin ki nüfuz qazansın.
Maraqlıdır ki, son 20 ildə dolların süqutundan nə qədər çox danışılsa da bu hadisə baş vermir. Belə görünür ki, ABŞ valyutasını iqtisadi amillərdən çox siyasi amillər möhkəmləndirir. Bəli, dolların iqtisadi dayaqları sarsılıb və bugünkü ABŞ iqtisadiyyatı dolları yaşatmaq gücündə deyil. Amma ABŞ super güc olaraq hələ də dünyaya meydan oxuyur. Vaşinqton beynəlxlaq qanun, beynəlxalq təşkilatlara məhəl qoymadan hərbi qüvvə yeridir, dünya ölkələrinin müstəqilliyinə təcavüz edir. Dolların hakimiyyəti siyasi hakimiyyətdir desək daha düzgün olar. Bu hakimiyyət davamlıdırmı? Sovetlər Birliyinin süqutu bu ölkənin valyutasını nə hala saldı?! Sovetlər tədricən süqut etdi, yoxsa birdən-birə? Birdən-birə deyirik. Demək, dolların süqutu ABŞ-ın beynəlxalq nüfuzunun süqutu ilə şərtlənib və bu nüfuz süqut etməkdədir!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir