Dünya ABŞ-a yardım edəcəkmi?

BUSP-az.com NBCnews.com-a istinadən xəbər verir: Dünyanı müharibə alovunda yandıran ABŞ bu gün dünya ölkələrinə möhtac olub. Ağ Evin məsləhətçisi, epidemioloq Anthony Fauci deyib ki, ABŞ-da sutka ərzində koronavirusa yoluxanların sayı 100 min nəfərə çata bilər. Fauci deyib: ABŞ-da koronavirus pandemiyası çox təhlükəli olmaqdadır. Sutka ərzində virusa yoluxanların sayı 100 min nəfərə çata bilər. Əgər yoluxma sürəti bu templə artarsa, yaxın günlərdə virusa yoluxanların sayı 100 min nəfəri ötəcək. ABŞ səhiyyəsi koronavirus pandemiyasına nəzarət edə bilmir. Virusa yoluxanların sayı hər gün artmaqdadır. Mən dəqiq proqnoz verə bilmərəm. Amma vəziyyət daha təhlükəli olur. Hazırda ABŞ-da hər gün 40 min nəfər virusa yoluxur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir