Etiazçılar muxtariyyat tələb edir!

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Amerikanın Sietl şəhərində bələdiyyə binasını ələ keçirən aksiyaçılar bu liman şəhəri üçün muxtar ərazi statusu tələb edib. Etirazçılar polis idarəsinin ləğvini, polislərin şəhərdən çıxmasını istəyib, bu məzmunda şüarlar səsləndirib. Bələdiyyə şurasının buraxılmasını tələb edənlər şəhərin 6 kvartalını nəzarətə götürdükdən sonra şəhəri avtonom-muxtar ərazi elan edib və hökumətin bu statusu tanımasını istəyib. Nümayişlər dinc xarakter daşıyır, hər hansı zorakılıq faktı qeydə alınmayıb.
Kimi nümayişçiləri separatçı sayır, kimi də ABŞ-ın imperialist, militarist kimliyinin vaxtının başa çatdığını düşünür. Yeni Amerika necə olacaq, bunu gələcək göstərər. Hələliksə böhran güclənən xətlə davam edir. Hakimiyyətin reaksiyasını proqnozlaşdırmaq çətindir. Çünki Ağ Ev eynən aksiyaçılar kimi emosional addımlar atır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir