Fələstin bütün razılaşmaları ləğv edəcəyini bildirdi

BUSP Ria.ru-ya istinadən xəbər verir: ABŞ-ın İsraildəki səfiri Devid Fridman bildirib ki, ABŞ hökuməti Fələstinin Qərb Sahili bölgəsini İsrail ərazisi kimi tanımağa hazırdır. Qərərgahı Qərb Sahilində yerləşən, işğalçılara qarşı sazişçi mövqe tutan Fələstin Azadlıq Təşkilatı Amerika bu addımı atacağı təqdirdə ABŞ və İsraillə əldə olunmuş bütün razılaşmaları ləğv edəcəyini bildirib. FAT təmsilçisi Nabil Əbu Rodeyna deyib: ABŞ-ın İsraildəki səfiri Devid Fridman deyib ki, Qərb Sahilinin anneksiyası İsrailin planıdır. Bu yalandır. Fələstin torpaqlarının anneksiyası ABŞ-ın xəritələrinə, Əsrin Müqaviləsi adlı işğalçı layihəyə əsaslanır…
Əslində ABŞ öz səfirliyini Qüdsə köçürməklə bütün Fələstin ərazisini İsrail ərazisi kimi tanımışdı. FAT isə öz sazişçi mövqeyindən əl çəkmir. Tarix göstərib ki, Fələstin torpaqlarının azadlığının yeganə yolu Müqavimətdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir