Facebook Avstraliyada problemlə üzləşdi

BUSP-az.com Gazeta.ru-ya istinadən xəbər verir: Facebook qərara gəlib ki, Avstraliyada öz platformasında xəbərlərin yayımını dayandırsın. Səbəb şəbəkədən xəbər yayımına görə ödəniş tələb edilməsidir. Mediaya məxsus bütün səhifə və məqalələr Facebook-dan silinib. Facebook-un öz səhifələrindən biri də məhdudiyyətə məruz qalıb. Hazırda avstraliyalı istifadəçilər öz səhifələrində xəbər paylaşa bilmir. Yeni qanuna görə Google və Facebook yerli mətbuat orqanlarına onların xəbərini paylaşdığı üçün ödəniş etməlidir. “Xeyir korporasiyası” (Google) yeni tələblərə tabe olsa da, Mark Zukerberqin sosial şəbəkəsi Avstraliyanın tələblərini yerinə yetirməkdən imtina edib. Xəbər agentlikləri ilə yanaşı təşkilat və cəmiyyətlərə məxsus xəbər səhifələrinin bloklanması ciddi narazılığa səbəb olub. Səhifəsi bağlananlar arasında Meteorologiya bürosu, Qəza xidməti kimi təşkilatlar var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir