Filippin ABŞ hərbçilərini qəbul etmir?

BUSP RG.ru-ya istinadən xəbər verir: Filippinin prezidenti Rodriqo Duterte ABŞ hərbçilərinin Filippində yerləşməsi ilə bağlı razılaşmanı ləğv etməklə bu ölkədə işğalçı ABŞ ordusuna yer olmadığını elan edib. Bu barədə 1998-ci ildə razılıq əldə edilmişdi. Britaniyanın The Guardian qəzeti Filippin prezidentinin nümayəndəsi Salvador Paneloya istinadən xəbər verir ki, Filippin dövləti hansısa xarici ölkəyə arxalanmaq istəmir. Filippin prezidenti ABŞ onun yaxın silahdaşı senator Ronalda Del Rosanın vizasını ləğv edəndən sonra belə mövqe açıqlayıb. Təbii ki, Rodriqo Duterte təkcə silahdaşının vizasına görə bu qənaətə gəlməyib. Prezident min ABŞ hərbçisinin bir ölkədə yerləşməsinin nə demək olduğunu gözəl anlayır və ölkəsinin müstəqilliyinə önəm verir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir