Fırıldaqçılar SWIFT-dən necə sui-istifadə edib?

BUSP-az.com RadioSputnik.ria.ru-ya istinadən xəbər verir: Fırıldaqçılar pul oğurluğu üçün yeni üsul kəşf edib. Bu dəfə şəxsi hesablardan pul çıxarmaq üçün beynəlxalq banklararası sistemdən – SWIFT-dən istifadə olunub. Amerikanın anti-Rusiya kampaniyası nəticəsində Rusiyaya qarşı müxtəlif tədbirlər görülüb. Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyası (ЕРР) Rusiyanın SWIFT-dən çıxarılmasını təklif edəndən dərhal sonra Rusiya vətəndaşlarına naməlum zənglər açılıb. Əlaqə yaradanlar bildirib ki, tezliklə Rusiyada SWIFT qeyri-fəal olacaq və bloklanmaq istəməyən müştərilər kart nömrəsi və gizli CVC kodunu deməlidir. Zəng vurulan şəxslərin əksəri CVC kodunu verməkdən imtina etsələr də, aldananlar tapılıb. Əlbəttə ki, bu fırıldaqçı əməliyyatda Rusiyanı sanksiya ilə hədələyən Avropa Parlamenti də iştirakçıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir