Floydun qatilinə ağır cəza istənilir

BUSP-az.com QA.com-a istinadən xəbər verir: Qaradərili Corc Floydu dizi altında boğub qətlə yetirən Minneapolis polis zabiti Derek Şovin artıq məhkəmə salonuna qoluqandallı vəziyyətdə gətirilir. İttihamda bildirilir ki, Corc Floyd dözülməz şəraitdə həlak olub. İttihamçı Şovinə ağır cəza verilməsini istəyib. Məhkəməyə təqdim olunan sənədlərə əsasən, Şovin 2020-ci il 25 mayda qaradərili Floydu həbs etdiyi vaxt vəzifə səlahiyyətlərini aşıb, qəddarlıq göstərib. Şovinin vəkili Erik Nelson daha ağır cəza üçün əsas olmadığını iddia edir. Polis Zabiti Şovin ötən həftə qətldə ittiham edilib. Şovin dizini 9,5 dəqiqə Floydun boynu üzərində saxlayıb. Həmin müddətdə Floyd dəfələrlə boğulduğunu, nəfəs ala bilmədiyini deyib. Şovini 40 il həbs gözləyir. Amma ekspertlər belə olmayacağını, Şovinin yüngül cəzalandırılacağını proqnozlaşdırır. Minnesota qanunlarına əsasən Şovinin 12,5 il azadlıqdan məhrum edilməsi mümkündür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir