Foo Fighters: Amerikalı uşaqlar yuxuda müharibə görür!

BUSP-az.com Rian.ru-ya istinadən xəbər verir: YouTube şəbəkəsində Foo Fighters qrupunun Waiting on a war (Müharibə intizarında) klipi yayımlanıb. Kompozisiya qrupun 5 fevral albomunda yer alacaq. Qrupun frontmeni –  yaradıcı üzvü Deyv Qrol deyib: Uşaqlıqda Vaşinqtonda yaşadığımız zaman mən həmişə müharibə barədə düşünər, qorxardım. Yuxuda görərdim ki, səma raketlərlə, ətrafım əsgərlərlə doludur…

Deyv qızının 2019-cu ildə yaşadığı müharibə qorxusunu yada salır: Qızım tez-tez soruşurdu ki, Şimali Koreya ilə müharibə başlayacaqmı? İnsanın uşaqlıq dövründə müharibə kabusları səbəbindən bu dövrün gözəllik və məsumluğundan məhrum olması dəhşətdir!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir