Forbes: ABŞ mümkün müharibədə məğlub olacaq!

BUSP RG.ru-ya istinadən xəbər verir: Forbes nəşriyyəsi mütəxəssis araşdırmalarına istinadən bildirir ki, ABŞ mümkün müharibədə məğlubiyyəti dadacaq. Maraqlıdır ki, Forbes bunu ABŞ donanmasının müasir gəmilərə malik olmaması ilə əlaqələndirir. Şərhçi Loren Tompson bildirir ki, ABŞ hərbi donanmasının gəmiləri uzaq məsafəyə daşınma ehtiyaclarına cavab vermir. Avrasiyada öz siyasətini diktə etməkdə iddialı olan Ağ Ev öz hərbi donanmasının real vəziyyətindən xəbərsiz kimi davranır. Ağ Evin Rusiya və Çinlə yuxarı tonda rəftarları arxasında real güc dayanmır. Nəzərdə tutulan regionda Rusiya və Çin hərbi üstünlüyə malikdir. Moskva və Pekin ABŞ donanmasının zəifliyini nəzərə almaya bilməz. ABŞ gəmilərinin günün tələbləri ilə ayaqlaşmaması reallıqdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir