Google insanlarda superqəhrəmanlıq həvəsi yaradır!

BUSP-az.com Gazeta.ru-ya istinadən xəbər verir: Google-nin Росомаха cihazı insanlarda superqəhrəmanlıq hissini gücləndirməyə hesablanıb. Bu cihaz istifadəçiyə fövqəladə məharətlər verməlidir!!
Google-nin bu məxfi layihəsi barədə xəbərlər sızmaqdadır. Росомаха layihələndirilən cihazın gizli adıdır. Bu cihaz diqqəti böyük cəmiyyət arasında bir nəfərə fokuslaya biləcək. Superqəhrəmanlıq hissləri aşılaması Росомаха cihazının əsas məqsədidir. “Business Insider” xəbər verir ki, Google-nin Alphabet holdinqinin X qrupunun hazırladığı cihaza oxşar xüsusiyyətlərə malik superqəhrəman-mutantın adı verilib. Google-nin arsenalında belə cihazlar çox deyil: Pixel Buds qulaqcıqları və Google Glass smart-eynəklər. Росомаха üzərində 2018-ci ildən iş gedir. Holdinqin X qrupu eyni zamanda Heymdall adlı başqa gizli qurğu üzərində iş aparır. Bu ad Skandinaviya mifologiyasında hər şeyi görən və eşidən tanrının adıdır. Başa taxılmalı olan cihaz insanın görmə və eşitmə gücünü qeyri-adi səviyyəyə çatdırmalıdır. Bütün bu layihələrin əsas məqsədi insanı real həyatdan uzaqlaşdırmaq, məcaziləşdirməkdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir