Hamburger yolunda qətl!

BUSP-az.com Lenta.ru-ya istinadən xəbər verir: McDonald’s Hamburglar (hamburger oğrusu) personajı ilə diqqəti oğrulara yönəldirdi. Belə personajlar özü də kimlərinsə hədəfinə çevrilirdi. KFC kompaniyasının təsisçisi və personajı məşhur general Harland Sanders öz toyuq biznesini quranda şəhərdə reklamlar yerləşdirirdi. Onun rəqibi Metti Stüart bundan qəzəblənib qanunsuz yollara əl atırdı. Bir dəfə Sanders öz meneceri ilə birlikdə Mettinin onun reklamlarını rəngləməsi ilə rastlaşır. Amma Metti vəziyyəti daha da gərginləşdirir silaha əl atır. Sandersin menecerini güllələyib qətlə yetirən şəxsi Sanders hədəfə alır. Onun öz menecerinin silahı ilə atəşi dəqiq olur və Mettini yaralayır. Məhkəmə Sandersə özünü müdafiə maddəsi ilə bəraət verir, Metti isə 18 il azadlıqdan məhrum olunur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir