Hummer ekologiyanın düşmənidir

BUSP Food805-ə istinadən xəbər verir: Amerikada ekologiya təşkilatlarının qara siyahısında Hummer-in də adı var. Böyük miqdarda yanacaq işlədən Hummer atmosferi çirkləndirən əsas maşınlardandır. General Motors kompaniyası 2006-cı ildə Hummer-in daha çox yanacaq işlədən H1 modelinin istehsalını dayandırmağa məcbur olub. Amma keçilməz yollar əjdahasının istehsalını tam dayandırmaq asan məsələ deyil. Buna təkcə Hummer fanatları yox, həm də McDonalds kimi korporasiyalar mane olur. McDonalds qərara gəlib ki, Hummerin oyuncaqlarını hazırlasın və öz məhsullarında bunu hədiyyə kimi təqdim etsin. McDonalds-ın uşaq dəstlərində Hummer-i təəccübsüz qarşılamaq olmur. Bu əməkdaşlıq hansı brendə nə qədər xeyir verir, açıqlanmır. Hər halda həm Hummer, həm də McDonalds ekologiya və sağlamlığın düşməni kimi tanınır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir