iPhone 13 Pro-nun möhkəmliyini yoxladılar!

BUSP-az.com Ixbt.com-a istinadən xəbər verir: Yenicə satışa çıxmış iPhone 13 Pro-nun zərbəyə davamlılığı yoxlanılıb. Rəsmi satışa start verilən kimi sosial şəbəkələrdə zərbədən dağılmış iPhone 13 Pro-nun şəkli yayılıb. Əgər doğrudan da kiminsə cihazı bu şəkildə sıradan çıxsaydı, yəqin ki, telefona ödədiyi kifayət qədər böyük məbləği (1000 dollardan artıq) daha ağıllı yerə xərcləmədiyinə peşman olardı.
Şəkili öz Twitter səhifəsində tanınmış insayder (gizli məlumata malik qrup üzvü) Ben Qeskin (Ben Geskin) paylaşıb. Qeskin cihazın hansı şəraitdə bu vəziyyətə düşdüyünü açıqlamır. Amma cihazın tam dağlmasına şəkk ola bilməz. Zahirən obyektivlər salamatdır və bu təəccüblü görünür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir