iPhone-da zəhərli şüalanma iddiaları güclənir

BUSP ChicagoTribune.com-a istinadən xəbər verir: Mobil qurğularda zərərli elektromaqnit şüaları olması bu günün söhbəti deyil. Bu qurğular yaranandan etirazlar da var. Amma mövzu ilə bağlı iki nöqtə diqqəti cəlb edir. Biri iddianın kimin tərəfindən, digəri kimə qarşı səslənməsidir. Yəni iddia mütəxəssis tərəfindən irəli sürülübmü? İkincisi nə üçün Apple kimi ağlagəlməz qiymətə məhsul satan şirkətdə ən ucuz məhsulların eybi olmalıdır?!
Amerikanın FeganScott notariat kontoru Apple şirkətinin məhsullarında zəhərli şüalanma olması ilə bağlı məhkəmə iddiası qaldırıb. Şirkətin bəzi qurğularında şüalanma 5 dəfə normadan yuxarıdır. FeganScott-un bu iddiası əsassız deyil. Apple-in məhsullarında şüalanma ilə bağlı iddianı Chicago Tribune-un araşdırmaları təsdiqləyir. Apple-in məhsulları ilə bağlı şikayətlər gündəmi daha çox tutmaqdadır. Smartfon həvəskarları ödədikləri məbləğ müqabilində keyfiyyət gözləyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir