iPhone-dan nə üçün imtina edək?

BUSP Badshops.info-ya istinadən xəbər verir: iPhone həvəskarları arasında keyfiyyətdən daha çox brendə, nüfuza, məşhurluğa görə bu markanı seçənlər üstünlük təşkil edir. Amma iPhone-nun nöqsanları kimsəyə sirr deyil. Bu qurğudan istifadə edənlər tez-tez məhdudiyyətlərlə rastlaşır.
Əvvəla qurğu çox bahadır və keyfiyyət üstünlüyü qiymət bahalığına münasib deyil. iPhone-nun rəqibləri öz smartfonlarında daha güclü batareyalardan istifadə edir. Analoji yük altında başqa batareyalar Apple-in batareyalarından iki-üç dəfə çox işləyir. Apple-in SD kartı yoxdur. Əksər versiyalarda ikinci sim kart imkanı yoxdur. USB rejimində kompyuterə birbaşa qoşulmaq mümkün deyil. Apple-ə qarşı narazılıqlardan biri də USB kabelin unikallığı, başqa smartfonlarla eyni olmamasıdır. iPhone-nun cibdə əyilməsi isə daha böyük qalmaqallar yaradıb. Əgər başqa markaların saxtasını orjinalından fərqləndirmək asandırsa, iPhone-nun saxtasını orjinalından fərqləndirmək çox çətindir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir