İsveçdə Google 8,3 mln cərimələnib

BUSP Hi-Tech-Journal-a istinadən xəbər verir: İsveç İnformasiyanın Qorunması Müfəttişliyi Google-ni  8,3 mln dollar cərimələyib. Google İnformasiyanın qorunması reqlamentini pozmaqda ittiham edilir. Hələ 3 il qabaq İsveç hökuməti və əlaqədar təşkilatlar Google-dən tələb etmişdi ki,  vətəndaşların axtarış tarixçəsini silsin. Google tarixçələri silməklə bağlı öz üzərinə öhdəçilik götürsə də araşdırmalarda məlum olmuşdu ki, Google bu göstərişə əməl etməyib və istifadəçilərin axtarış tarixçələri Google bazasında saxlanılıb. Google-nin öz istifadəçilərinin informasiyasını ABŞ kəşfiyyatına ötürməsi ilə bağlı narazılıqlar çoxdan gündəmdədir. Amma şirkət öz işində istifadəçilərdən çox ABŞ hökuməti, MKİ-nin razılığını əsas götürür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir