Koronavirus sərhəd tanımır

BUSP RG.ru-ya istinadən xəbər verir: Çinə ağır böhran yaşadan koronavirus barədə araşdırmalar davam etsə də, virus dünyada genişlənməkdədir. Hələ 11 fevralda ABŞ-da 13 koronovirusa yoluxma halı qeydə alınmışdı. Son nəfər Çindən yenicə qayıtmış kaliforniyalı kişi idi. Xəstəliyin episentri Çinin Uhan məntəqəsidir. Çindən ümumilikdə 540 ABŞ vətəndaşı evakuasiya edilib.
Koronavirus dünya ölkələrində çinlilərə qarşı münasibəti də sərt dəyişib. Romada gənclər çinli turistlərə hücum edib.
Xatırladaq ki, 10 fevralda Çində 974 ölüm hadisəsi qeydə alınıb. Çin lideri Si Tszinpin xalqın ruhiyyəisini yüksəltmək üçün Pekində tibbi mərkəzdə olub və xəstəliklə mübarizənin uğurlu olduğunu vurğulayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir