Marlboro – Philip Morris-in kovboy qatili!

BUSP Dni.ru-ya istinadən xəbər verir: Philip Morris Marlboro siqaretlərinin reklamında dünyada məşhur kovboy personajından istifadə edir. Bu reklamlar 1954-cü ildən 1999-cu ilə qədər davam edib. Marlboro-nun kovboy reklamını Çikaqolu reklamçı Leo Biornet işləyib. Reklamda qaşqabaqlı kovboy Marlboro siqareti ilə diqqəti çəkir.
Philip Morris siqaretin zərərli olması ilə bağlı kampaniya ilə üzləşmişdi. Buna görə də 1924-cü ildə qadın siqareti brendi olaraq filterli Marlboro istehsal olundu. Philip Morris-in mütəxəssisləri yeniyetmələri əsas müştəri kimi nəzərdə tuturdu. Yeniyetmələrdə siqaret vasitəsi ilə “mən artıq valideynimdən asılı deyilem” elan etmək fobiyası var. Qadınlar üçün nəzərdə tutulmuş Marlboro qısa müddətdə kişilərin sevdiyi markaya çevrildi. Maraqlıdır ki, filterin siqaretin zərərini tam aradan qaldırdığını iddia edən Philip Morris-in dörd məşhur reklamçısı Ueyn Maklaren, Devid Maklin, Lik Molot və Erik Louson məhz Marlboro çəkdiyi üçün ağ ciyər xərçəngindən ölüb. O zaman Marlboro Red “ağ ciyər qatili” adı ilə tanınıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir