McAfee-nin şefi fırıldaqçılıqda ittiham edilir!

BUSP-az.com ixbt.com-a istinadən xəbər verir: Antivirus proqramların ilk istehsalçısı kimi tanınan McAfee kompaniyasının təsisçisi Jon Makafi (John McAfee) kriptovalyuta maxinasiyalarında ittiham edilir. Makafi kriptovalyutadan istifadə sxemi ilə çirkli pulların yuyulmasında müqəssir sayılır. Məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.
Makafi və onun cangüdəni Cimmi Qeyla Uotson-kiçik (Jimmy Gale Watson Jr) tvitterdə yüksək baxışdan istifadə edərək süni bahalaşma apara bilib. Fırıldaqçılar bu yolla 13 mln dollar qazanıb. İttiham Manhetten federal məhkəməsi tərəfindən irəli sürülüb.
Ötən il oktyabr ayında Makafi dövlətdən 23,1 ml dollar qazancını gizləməkdə ittiham edilib. Makafi özü hazırda ABŞ hökumətinin müraciəti əsasında İspaniyada həbs edilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir