Netflix-dən azyaşlı qızlara erotika dərsi!

BUSP-az.com Gamemag.ru-ya istinadən xəbər verir: Netflix-in yaydığı “Cuties” fransız filmi ətrafında qalmaqal davam edir. Artıq dünyanın bütün ciddi şəxsiyyətləri və təşkilatları filmə etiraz edib: film azyaşlı qızların əxlaqını pozur!
Filmin Sundance festivalında World Cinema Dramatic Directing Award mükafatını alması göstərir ki, dünyada pedofiliya, əxlaqsızlığı yayan, bundan böyük pulllar qazananlar antibəşəri fəaliyyətlərini dayandırmaq fikrində deyil. Film ekrana çıxmamış onun təbliğat posteri böyük etirazla qarşılandı. 11 yaşlı qızların bel və yan hərəkətləri ilə müşayiət olunun erotik tverkinq rəqsi açıq-aşkar pedofiliyaya darvaza açır. Rejissor Dukur təzyiqlərdən sonra saxta iddialarla çıxış etdi, filmin pedofilliyə qarşı çəkildiyini bildirdi. Amma bu ucuz riyakarlıqdan başqa bir şey deyildi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir