Nike allahsızlığını davam etdirir

BUSP News.liga.net-ə istinadən xəbər verir: Hələ 1997-ci ildə ABŞ-ın Nike firmasının Nike Air ayaqqabılarının altındakı loqotipin ərəbcə “Allah” sözünü xatırlatması böyük qalmaqal yaratmışdı. O zaman kütləvi etirazlardan sonra firma üzr istədi və bu dizaynda ayaqqabıların istehsalını dayandırdı. Amma ötən il oxşar hadisə bir daha təkrarlandı. Bu dəfə Air Max modelinin altında eyni təhqirə – bir növə allahsızlığa yol verildi. Air Max ayaqqabılarını tərsinə çevirəndə altlıqdakı loqotip ərəb yazısı ilə “Allah” sözünə bənzəyirdi. Nike firması Today nəşriyyəsində gedən bəyanatında bu ittihamı rədd etdi və loqotipin “Allah” sözünə bənzəməsini təsadüf adlandırdı. Sayka Norinin təhqiramiz loqotiplə bağlı şikayətini minlərlə insan imzalasa da, Nike bu ayaqqabıları satışdan çıxarmadı. Bu gün də dünyanın müxtəlif ölkələrində Air Max ayaqqabılarına rast gəlmək olar. Belə görünür ki, Nike sifarişlə bu çirkin addımı atıb və öhdəçilikdən boyuna qaçıra bilmir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir