Nike məşhur basketbolçunun loqosunu oğurlayıb?

BUSP-az.com Slamdunk.ru-ya istinadən xəbər verir: Məşhur basketbolçu Kavay Leonard (Kawhi Anthony Leonard) Nike brendinə qarşı məhkəmə prosesini uduzub. Leonard Nike-ı 2019-cu ildə məhkəməyə verib. Basketbolçu iddia edir ki, Nike-ın Jordan Brand məhsulları üçün istifadə etdiyi “əl” – Klaw loqosu ona məxsusdur və bu loqonu tələbə olduğu, Nike ilə müqavilə bağlamadığı zaman hazırlayıb. Nike loqonu icazəsiz mənimsəməkdə ittiham edilir. Amma məhkəmə çox vaxt olduğu kimi Nike-ın xeyrinə hökm çıxarıb: Nike-ın dizaynerləri loqo üzərində dəyişiklik apardığı üçün onu yeni loqo saymaq olar!!

Əslində əvvəlcədən məlum idi ki, Leonardo bu prosesi uduzacaq. Bir basketbolçunun Nike kimi brendə qalib gəlməsi real deyil. Nike-ın bütün orqanlar, eləcə də məhkəmə üzərində böyük nüfuzu var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir