Nyu-Yorkun adama hücum edən siçovulları

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Həmişə gözəlliyindən, var-dövlətindən, rahatlığından danışılan Nyu-York ABŞ-ın siçovullu şəhərləri arasında 3-cü yeri tutur. Birinci yerdə Çikaqo, ikinci yerdə San-Fransiskodur. Nyu-Yorkda siçovulla rastlaşmayacağımız bir yer yoxdur. Ən bahalı otellər, restoranlar, satış şəbəkələrinin də zirzəmiləri, anbarları siçovulla doludur. Bəli, siçovullar 24 saat “Böyük Alma”nı gəmirir. Amerikada “terror”la mübarizə siçovulla mübarizənin kölgəsində qalıb. Amerikalılar terrorla qlobal mübarizədən danışan Ağ Evi haqlı olaraq siçovulla mübarizəyə çağırır. Hazırda ABŞ-ın əksər şəhərlərində siçovulla mübarizə kampaniyası aparılır. Nəhəng siçovullar artıq insanlara da hücum edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir