Nyu-Yorkun qubernatoru seksual zorakılıqda ittiham olunur

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Nyu-Yorkun qubernatoru Endryu Kuomonun (Andrew Cuomo) iqtisadi inkişaf üzrə sabiq köməkçisi onu seksual zorakılıqda ittiham edib. Lindsi Boylan (Lindsey Boylan) 2015-ci ilin mart ayından 2018-ci ilin oktyabr ayına qədər Kuomonun administrasiyasında işləyib. Boylan hazırda Manhettenin prezidenti postuna namizəddir. Boylan son tvitlərində qubernatorun onun zahiri görkəmi ilə bağlı atmacalarından yazıb. Qadının sözlərinə görə Kuomonun ona qarşı yersiz rəftarlarını ətrafdakılar uzun illər müşahidə edib. Boylanın iddiaları Kuomo üçün həssas məqamlarda gündəmə gəlib. Associated Press xəbər verir ki, 63 yaşlı qubernator hazırda yeni ABŞ prezidenti Co Baydenin administrasiyasında baş prokuror postuna namizəd kimi nəzərdən keçirilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir