Öz haker hücumları ilə qürrələnən ABŞ hücuma məruz qaldı!

BUSP-az.com Reuters-ə istinadən xəbər verir: ABŞ Maliyyə Nazirliyi və Ticarət Nazirliyi haker hücumuna məruz qalıb. Nazirliklərin elektron bankından çox əhəmiyyətli materiallar oğurlanıb. Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Ullit bildirib ki, elektron sistemin bərpası və zərərin aradan qaldırılması üçün lazım olan işlər görülür. Hücum o qədər ciddidir ki, Ağ Evdə fövqəladə iclas keçirilib. Hücumda Microsoft Office 365 platformasından istifadə olunub. The Washington Post hücuma görə Rusiya hakerlərini ittiham edib. Eyni haker qrupu əvvəllər aparıcı kiber-təhlükəsizlik sistemini sıradan çıxarıb. APT29, Cozy Bear adları ilə məşhur hakerlər Obamanın dövründə Dövlət Departamentinin resurslarına nüfuz edib.
Dünya belə hücumları pisləsə də, ABŞ öz dağıdıcı fəaliyyətlərinin cavabını alır. Ağ Ev həmişə xarici ölkələrin internet resurslarına haker hücumu ilə qürrələnib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir