Portlenddə (ABŞ) qanlı aksiyalar davam edir

BUSP-az.com AmericaRU-ya istinadən xəbər verir: ABŞ-ın Oreqon ştatında Portlend şəhərində “Black Lives Matter” tərəfdarlarının Tramp tərəfdarlarına qarşı aksiyaları ara vermir. Toqquşmalar zamanı ölənlər olub. Şənbə günü Portlenddə aksiyada iştirak edənlərdən birinin güllələnməsi qarşıdurmaları daha da gücləndirib. Polis rəisi Çak Lovell tərəfləri aksiyaları dayandırmağa çağırıb. Şəhərdə etiraz aksiyaları 90 gündür davam edir. Aksiyalar irqçiliyə etirazla başlayıb. Sonradan Tramp tərəfdarları küçələrə çıxıb (və ya çıxarılıb) və aksiyalar qanlı qarşıdurmaya çevrilib.
Bütün Amerika ərazisində son ayların aksiyaları qaradərili Corc Floydun polis tərəfindən vəhşicəsinə qətlinə etiraz üçün olub. Tramp rejimi hər vasitə ilə aksiyaları özünə sərf edən təxribat müstəvisinə keçirməyə cəhd edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir