P&G – yataq otağımızadək nüfuz edən cani!

BUSP Roscontrol.com saytına istinadən xəbər verir: 1837-ci ildə Uilyam Prokter və Ceyms Qembl tərəfindən yaradılmış Prokter and Qembl transmilli şirkəti istehlak malları, əsasən yuyucu-təmizləyici mallar istehsal edir. Prokter and Qembl brendi dünyada ABŞ və İsrailin mənafelərinə xidmət edən brendlərdəndir. Brendin dünyanın 70 ölkəsində nümayəndəliyi var, 140 ölkədə məhsulu satılır. Şirkətin xeyriyyəçilik adı altında sosial layihələri dünya ölkələrinə təsir mexanizmlərindəndir. Hamilə qadınlar və analara yardım adı ilə keçirilən aksiyalar kəşfiyyat mahiyyəti daşıyır. Şirkət Fortuna 500 siyahısında 34-cü yerdədir. Prokter and Qembl təkcə 2016-cı ildə reklama 8 milyard dollar xərcləyib. Təsadüfi deyil ki, brendin Fairy, Tide, Ariel, Myth, Ace, Mr. Clean, Lenor, Comet, Fairy Oxi, Mr. Proper, Dreft, Pampers, Always, AllDays, Tampax, Discreet, Naturella, Wash & Go, Head & Shoulders, Pantene, Shamtu, Herbal Essense, Wella, Londa, Camay, SafeGuard, Secret, Old Spice, Olay, Hugo Boss, Dolce&Gabbana, Gucci, Mexx, Baldessarini, Blend-a-Med, Oral-B, Crest, Cover Girl, Max Factor, Gillette, Venus, Braun, Eukanuba markalı malları hətta şərq ölkələrində bazara liderlik edir.


Prokter end Qembl şirkəti məhkəmə iddialarına əsasən ən cinayətkar şirkətlərdəndir. 2007-ci ildə GreenPeace təşkilatı bu brendi təbiətə vurduğu böyük ziyana görə məhkəməyə verib. İstehsalında palma yağı əsas yer alan Prokter and Qembl İndoneziya və digər ölkələrdə meşələri qıraraq palma plantasiyaları salıb.

2007-ci ildə ABŞ-da it və pişiklərin kütləvi ölümü qeydə alınıb. Ekspertiza rəylərinə əsasən heyvanların ölümü Prokter and Qembl şirkətinin istehsal etdiyi yemlərlə bağlıdır. Rəqabətdə casusluq məqsədi ilə Unilever şirkətinin sənədlərini zibil kanteynerlərindən əldə edən Prokter and Qembl New York Times-in bildirdiyinə görə, casusluq fəaliyyəti ifşa ediləndən sonra Unilever-ə 10 mln dollar ödəməklə məhkəmə qalmaqalından canını qurtarıb.

Uncaged Campaigns təşkilatı Prokter and Qembl şirkətini məhsullarını heyvanların üzərində sınaqdan keçirməkdə ittiham edib. Stop Animal Exploitation Now təşkilatı dünya ölkələrində Prokter and Qembl brendinin boykotu üçün kampaniya aparır.

Prokter and Qembl brendinin parfümeriya və yuyucu-təmizləyici məhsullarında zəhərlənmə, allergiyaya səbəb olan, immuniteti aşağı salan fosfonat, triklozan kimi qadağan edilmiş inqredientlər də aşkarlanıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir