Restoranın loqosunu tatu döydür, havayı ye!!

BUSP-az.com Fox News -a istinadən xəbər verir: Farmer Boys Kaliforniya restoranlar şəbəkəsinin müştərilərə təklifi dünyanı şoka salıb. Şəbəkənin loqosunu bədəninə tatu döydürənlərə bir il pulsuz yemək təklif olunur!! Ağır iqtisadi şəraitdə insanların heysiyyəti ilə belə oyun oynamaq hiddətə səbəb olur.
Farmer Boys restoran şəbəkəsi öz 40 illik yubileyində bu təklifi müştərilərə hədiyyə kimi təqdim etsə də, dünyada tatu birmənalı olaraq rədd edilir. Tatu orqanizmə zərərli və dəriyə ciddi zədə sayılır. Bədəni tatulu insanlar bu işləri ilə kriminal dünyaya maraqlarını nümayiş etdirirlər. Ölkə qanunvericiliyində tatuya görə cərimə ya cəza nəzərdə tutulmayıb. Bu boşluqdan istifadə edən Farmer Boys müştəriləri əslində öz reklam lövhəsinə çevirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir