Rusiya-ABŞ münasibətləri artıq pozulub!

BUSP-az.com Gazeta.ru-ya istinadən xəbər verir: Rusiya prezidenti Putin etiraf edib ki, artıq Vaşinqtonla münasibətlər pozulub. Putin deyib: Hazırda Moskva ilə Vaşinqtonun münasibətlərini pozmaq mümkün deyil, çünki bu münasibətlər artıq pozulub!
Məşhur teleaparıcı Pozner hesab edir ki, Tramp daha azad hərəkət edir və o seçilərsə, Rusiyanı razı salacaq addımlar atması mümkündür. Amma istər Tramp, istər Bayden seçilsin, ən azı daha bir müddət ciddi pozitiv dəyişikliklər baş verməyəcək. Amerikanın Rusiya ilə düşmənçilik üçün həmişə standart səbəbləri var.
Bayden oktyabrın əvvəllərində Rusiyanı ABŞ üçün böyük təhlükə adlandırıb. Bununla belə Çinin əsas təhlükə olduğunu da vurğulayıb.
Kimsəyə sirr deyil ki, Amerika üçün əsil təhlükə elə Trampdır. O, diktatorlarla açıq dostluq edir, yaxın müttəfiqlərinə barmaq silkələyir.
Qeyd edək ki, Donald Tramp, KİV-in Baydeni seçkilərin qalibi olaraq tanıtdırmasına baxmayaraq, özünün seçkilərdə qələbə qazandığını iddia edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir