Rusiya: “Amerika Musalıq iddiası etməsin!”

BUSP-az.com M-news-a istinadən xəbər verir: Kremlin mətbuat-katibi Dmitriy Peskov ABŞ prezidenti Co Baydenin “Amerika bütün dünyanı arxasınca apara bilər” bəyanatını şərh edib. Peskov deyib: “Bu daha çox hansısa atavizmlərdir. Birqütblü dünya atavizmləri! ABŞ super güc olsa da Musalıq iddiasına ehtiyac yoxdur. Dünya çox böyükdür və artıq Amerika ilə ötüşmək, hətta onu ötüb keçmək istəyən bir dövlət var…” Peskov hansı ölkəni nəzərdə tutduğunu deməyib.

Baydenin ilk 100 günü ilə bağlı sualları cavablandıran Peskov deyib ki, Kreml daha yaxşını gözləyirdi. Rusya XİN-nin rəsmi təmsilçisi Mariya Zaxarova deyib ki, ABŞ son iki ildəki fəaliyyətləri ilə konsulluq işlərini alt-üst edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir